Bank Of Baku

Metyu Brayza Dövlət Departamentində onu əvəz edəcək şəxsin adını açıqlayıb

Metyu Brayza Dövlət Departamentində onu əvəz edəcək şəxsin adını açıqlayıb
# 12 avqust 2009 08:16 (UTC +04:00)
APA-nın civil.ge portalına istinadən xəbərinə görə, Gürcüstanda səfərdə olan M.Brayza bildirib ki, bu, Tina Kaidanovdur.
T.Kaidanov Balkanlar üzrə ixtisaslaşmış və regionda 10 ildən artıq çalışmış professional diplomatdır. 2008-ci il iyulun 18-də Kosovoya ilk səfir təyin olunmamışdan əvvəl xanım Kaidanov ABŞ dövlət katibinin müavini Riçard Armitacın xüsusi müşaviri işləyib. O, 1997-1998-ci illərdə Sarayevo və Belqradda, bir il sonra isə Makedoniyanın Skopye şəhərində səfir Kristofer Hillin xüsusi müşaviri olub. T.Kaidanov bir müddət Milli Təhlükəsizlik Şurasının Cənub-Qərbi Avropa məsələləri üzrə bölməsinə də rəhbərlik edib.
Amerikanın Azərbaycandakı səfiri xəbəri təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR