Bank Of Baku

Meksika Gömrük Xidmətinin bütün əməkdaşları istefaya göndərilib

Meksika Gömrük Xidmətinin bütün əməkdaşları istefaya göndərilib
# 17 avqust 2009 08:27 (UTC +04:00)
Bakı – APA. Meksika Gömrük Xidmətinin rəhbərliyi bütün müfəttişlərini istefaya göndərib. APA-nin “Associated Press”-ə istinadən xəbərinə görə, Gömrük Xidmətinin 700 (bəzi məlumatlara görə, 1100) müfəttişi işdən çıxarılıb.
Onların yerinə 1400 yeni müfəttiş işə götürülüb. Yeni əməkdaşlar gömrük işinin sərt tələblərini özündə ehtiva edən təlimlər keçiblər.
Gömrük Xidmətinin rəhbərliyi bildirib ki, ixtisara düşən zabitlərə digər dövlət postlarını tutmaq qadağan edilməyib. Onların yalnız 10 faizi, yeni işə götürülənlərin isə hamısı universitet təhsillidir.
Ehtimal olunur ki, Meksika gömrüyündəki bu radikal kadr dəyişiklikləri silah və narkotik ticarəti, eləcə də daxili korrupsiya ilə mübarizədə effektini göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR