Bank Of Baku

ABŞ həbsxanasında dustaqlar qiyam qaldırıb

ABŞ həbsxanasında dustaqlar qiyam qaldırıb
# 22 avqust 2009 10:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. ABŞ-ın Kentukki ştatındakı həbsxanalardan birində dustaqlar qiyam qaldırıb.

APA-nın «Associated Press» agentliyinə istinadən verdiyi məlumata görə, hadisələr hələ avqustun 21-də axşam saatlarında cərəyan etməyə başlayıb – məhbuslar zibil konteynerlərini yandırıb. Qiyamın yatırılmasında ştatın polis əməkdaşları və digər yerli hüquq mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Son məlumatlara əsasən, qiyam artıq yatırılıb, polis və həbsxananın təhlükəsizlik orqanlarından zərər çəkənlər yoxdur. Yalnız bir-neçə dustaq yüngül xəsarət alıb.

Qeyd edək ki, avqustun 18-də bu həbsxanada baş verən hadisələrdən sonra fövqəladə vəziyyət elan olunmuşdur. Belə ki, avqustun 18-də təxminən 15 nəfərdən ibarət bir qrup dustaq iki digər məhbusun üstünə hücum çəkib.

Xatırladaq ki, bu, son vaxtlar ərzində Kentukki ştatında baş verən ikinci qiyamdır. Bundan öncə həmin ştatın digər bir həbsxanasında daha irimiqyaslı qiyam baş verib, nəticədə isə 250 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR