Bank Of Baku

Barak Obama Çinə səfər edəcək

Barak Obama Çinə səfər edəcək
# 22 avqust 2009 11:48 (UTC +04:00)
Bakı – APA. ABŞ prezidenti Barak Obamanın artıq bu il Çinə rəsmi səfər edəcəyi gözlənilir. Səfərin bu ilin noyabr ayının ortalarında reallaşacağı nəzərdə tutulur. APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Çindəki səfiri Con Hantsmen bildirib.

Bununla yanaşı qeyd olunur ki, amerikalı diplomat prezident Obamanın Çinə səfərinin detalları barədə açıqlama verməyib. C.Hantsmen əlavə edib ki, səfərin dövlət statusu ilə təşkil olunması planlaşdırılır. Səfər zamanı ABŞ prezidentinin Çin Xalq Respublikasının sədri Xu Tzintao və digər rəsmi həxslərlə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ və Çin başçıları arasında ilk görüş bu ilin aprel ayında Londonda təşkil olunan «G-20» sammiti çərçivəsində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR