Bank Of Baku

Son 14 ayda ilk dəfə Fidel Kastronun yeni videoyazısı yayılıb

Son 14 ayda ilk dəfə Fidel Kastronun yeni videoyazısı yayılıb
# 24 avqust 2009 07:20 (UTC +04:00)
Bakı – APA. Kuba televiziyasının efirində ölkənin keçmiş lideri Fidel Kastronun iştirak etdiyi görüşün videoyazısı göstərilib. APA-nın AFP-yə istinadən xəbərinə görə, kadrlarda avqustun 13-də 83 yaşını tamamlayan F.Kastronun venesuelalı gənclərlə görüşü əksini tapıb.
Kuba lideri gümrah görünüb, hətta gənclərlə söhbət zamanı zarafat da edib. Qeyd edək ki, bu videoyazı 14 aylıq fasilədən sonra F.Kastronun ilk vizual təsviri olub. Bundan əvvəl – avqustun 13-də internetdə onun ABŞ-ın “Sülh uğrunda pastorlar” təşkilatının üzvləri ilə görüşündən çəkilmiş şəkillər yayılmış, Kubanın “Juventud Rebelde” qəzeti isə F.Kastronun Ekvador prezidenti Rafael Korrea ilə avqustun 21-də çəkilmiş şəklini çap etmişdi.
Xatırladaq ki, 2006-cı ildən F.Kastronun səhhəti mütəmadi olaraq pisləşməyə başlayıb. 2008-ci ilin əvvəlində o, ölkəyə rəhbərliyi rəsmən 78 yaşlı qardaşı Raul Kastroya təhvil verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR