Bank Of Baku

Merilin Monronun məzarının yaxınlığındakı boş yer 4,6 milyon dollara satılıb

Merilin Monronun məzarının yaxınlığındakı boş yer 4,6 milyon dollara satılıb
# 25 avqust 2009 07:03 (UTC +04:00)
Los-Anceles-APA. Hollivudun əfsanəsi Merilin Monronin məzarının yanındakı boş yerlərdən biri hərrac yolu ilə 4,6 milyon dollara satılıb. APA-nın məlumatına görə, söhbət Los-Ancelesdəki Westwood Village Memorial Park məzarlığında Merilin Monronun məzarına bitişik yerdən gedir. Elektron hərrac yolu ilə satışa çıxarılan məzar yerinin ilkin qiyməti 500 min dollar müəyyənləşsə də, dünən bu rəqəm 4,6 milyon dollaradək qalxıb. Merilin Monronun keçmiş həyat yoldaşı, beysbolçu Co Dimacio sevgilisi ilə ölənədək ayrılmayacağını sübut etmək üçün Vestvud məzarlığında iki yanaşı yer alıb. Lakin Co və Merilin 1954-cü ildə boşanırlar və beysbolçu öz məzar yerini Riçard Ponçer adlı şəxsə satır. 1986-cı ildə vəfat edən Ponçer ölümündən əvvəl həyat yoldaşı Elzadan onu üzüaşağı dəfn etməyi xahiş edir. O bu qərarını “həmişə Merilini görmək arzusu” ilə əsaslandırır. Ponçer bildirir ki, əgər həyat yoldaşı xahişini yerinə yetirməsə, onu əbədi olaraq lənətləyəcək. Elza Ponçer ərini vəsiyyət etdiyi formada dəfn edir. Lakin ağır iqtisadi böhran günlərində xanım Ponçer ərinin cəsədini başqa yerə köçürür və boş məzarı satışa çıxarır. O, satışdan əldə etdiyi vəsaitin 1,6 milyon dollarının milyonçular şəhəri olan Beverli Xillzdə aldığı mülkün kredit qəbzini ödəməyə sərf edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR