Bank Of Baku

Ermənistanın Los-Ancelesdəki keçmiş konsulunun məhkəməsi başlayıb

Ermənistanın Los-Ancelesdəki keçmiş konsulunun məhkəməsi başlayıb
# 25 avqust 2009 08:07 (UTC +04:00)
Qeyd edək ki, Ermənistanın Los-Ancelesdəki konsulu qeyri-leqal miqrantlara onların ABŞ-dan deportasiyasını əngəlləyən saxta sənədlər verməkdə ittiham olunur. N.Qalumyanın cinayət ortağı kimi təqsirləndirilən dörd nəfər də özlərini günahsız saydıqlarını bəyan ediblər.
N.Qalumyan Ermənistanın Los-Ancelesdəki konsulluğuna 1999-2003-cü illərdə rəhbərlik edib. O, 2009-cu il iyulun sonunda həbs edilib. İttihama görə, Qalumyan və onun cinayət ortaqları ABŞ-dan deportasiyası gözlənilən ermənilərə saxta məktublar təqdim ediblər. Həmin məktubda bildirilib ki, guya Ermənistan hakimiyyəti onları qəbul etmək üçün lazım olan sənədləri tərtib edə bilmir. Bu məktub qeyri-leqal miqrantların deportasiyasını əngəlləmək məqsədi güdüb.
Saxta məktublar 35 min dollara satılıb. Qalumyanın həbsindən sonra bildirilib ki, o, cinayət ortaqları ilə birlikdə onlarla belə məktub satıb. Hazırda keçmiş konsul və onunla birgə ittiham olunan şəxslər girov müqabilində azadlığa buraxılıblar. İş üzrə dinləmələr 6 oktyabr 2009-cu ilə təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR