Bank Of Baku

Təqaüdçü lotereyada 260 milyon dollar udub

Təqaüdçü lotereyada 260 milyon dollar udub
# 26 avqust 2009 07:12 (UTC +04:00)
Vaşinqton-APA. Cənubi Karolinadan olan təqaüdçü Solomon Cekson “Powerball” lotereyasında 260 milyon dollar udub. APA-nın məlumatına görə, ömrü boyu Cənubi Karolinadan kənara çıxmayan Solomon Cekson 2000-ci ildə təqaüdə çıxana kimi dövlət məmuru vəzifəsində çalışıb. Evli olan xoşbəxt təqaüdçünün ailəsi 10 nəfərdən ibarətdir. Qalib ya 88 milyon dollar vergi ödəyərək 129 milyon dolları dərhal almalı, yaxud da 260 milyon dolların hamısı 30 il ərzində hissə-hissə götürməlidir. Solomon Cekson hələlik pulu hansı formada alacağına qərar verməyib. Təqaüdçü onu milyonçu edən lotereyanı benzindoldurma məntəqəsindən 2 dollara alıb. Lotereya oyunu təşkilatçılarının hesablamalarına görə, Ceksonun “Cek-Pot”u qazanma şansı 1-in 195 milyona nisbətində olub.
“Powerball” lotereyası 30 ştatın, Kolumbiya dairəsinin və Vircinya adalarının ərazisində oynanır. 2009-cu ilin iyun ayında Cənubi Dakotadan olan 23 yaşlı fermer bu lotereyada 232 milyon dollar udub. Ötən ilin sentyabrında isə Nyu-Meksiko sakini “Cek-Pot”da 206,9 milyon dollar udub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR