Bank Of Baku

Senator Edvard Kennedi vəfat edib

Senator Edvard Kennedi vəfat edib
# 26 avqust 2009 08:18 (UTC +04:00)
Vaşinqton-APA. Amerikalı senator Edvard Kennedi uzun sürən xəstəlikdən sonra 77 yaşında vəfat edib. APA-nın məlumatına görə, 2003-cü ildə senatorda beyin xərçəngi aşkarlanıb, beş il müalicədən sonra həkimlər bədxassəli şişi əməliyyatla götürüblər. ABŞ prezidenti Barak Obamanın inauqurasiya mərasimində iştirak edən Edvard Kennedinin səhhəti qəfil pisləşib. Ötən həftə Massaçusets ştatının hakimiyyət orqanlarına müraciət edən senator vəfat edəcəyi, yaxud istefa verəcəyi təqdirdə müavininin senator təyin edilməsini xahiş edib. Lakin Massaçusets ştatının qanunvericiliyində belə bir qayda mövcud deyil. Qeyd edək ki, Edvard Kennedi sui-qəsd nəticəsində dünyasını dəyişmiş prezident Kennedinin sağ qalan sonuncu qardaşıdır. ABŞ Senatına 8 dəfə senator seçilən Kennedi iki həftə əvvəl ABŞ-ın ən ali mülki mükafatı – Prezident Azadlıq Medalı ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR