Bank Of Baku

Maykl Ceksonun ölümü rəsmən qətl kimi tanınıb

Maykl Ceksonun ölümü rəsmən qətl kimi tanınıb
# 29 avqust 2009 08:00 (UTC +04:00)
Bakı – APA. Əfsanəvi pop ulduzu Maykl Ceksonun ölümü rəsmən qətl kimi tanınıb. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, Los-Anceles polisinin qətllərin təhqiqatı şöbəsinin bəyanatında bildirilir ki, M. Ceksonun dünyasını dəyişməsinə 6 güclü preparatdan ibarət “ölüm kokteyli” səbəb olub. Bununla da pop musiqisinin kralının öldürüldüyünə dair son həftələrdə dünya mətbuatında yayılan xəbərlər, iddialar rəsmi təsdiqini tapıb. Məhkəmə ekspertizası müəyyən edib ki, kəskin intoksikasiya (zəhərlənmə) propofol preparatından qaynaqlanıb. Ancaq propofol digər preparatların qarışığı nəticəsində öldürücü təsir göstərib. Polisin açıqlamasında sənətçinin şəxsi kardioloqu Konrad Mürreyin şübhəli şəxs olduğu bildirilməyib. Hələlik həkimə rəsmi ittiham irəli sürülməyib.

Xatırladaq ki, Maykl Cekson iyunun 25-də Los-Anselesdəki evində keçinib. Onun sentyabrın 3-də dəfn olunacağı xəbər verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR