Bank Of Baku

ABŞ prezidenti iftar yeməyi verib

ABŞ prezidenti iftar yeməyi verib
# 02 sentyabr 2009 08:49 (UTC +04:00)
Vaşinqton-APA. Ramazan ayının başlanması və ABŞ-da А/H1N1 virusunun yayılması səbəbilə prezident Barak Obama məzuniyyətini yarımçıq qoyaraq işə çıxmalı olub. APA-nın məlumatına görə, dünən prezident Ramazan ayı münasibətilə iftar yeməyi verib. İftara dəvət olunanlar arasında Pentaqon rəhbəri Robert Qeyts, səhiyyə naziri Ketrin Sibelius, baş prokuror Erik Holder, ticarət nazirinin müavini Dennis Xaytauer və təhsil nazirinin müavini Adam Miller də olub. Bundan başqa Ağ Evdə verilən iftar yeməyində konqresmenlər, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Pakistan, İndoneziya, Türkiyə və Malayziyanın səfirləri də iştirak edib. Bundan başqa Böyük Britaniya, Fransa, Almaniya və İsrail səfirləri də yeməyə qatılıblar. İftar yeməyində çıxış edən ABŞ prezidenti müsəlmanlara ABŞ-ın inkişafına verdikləri töhfəyə görə təşəkkür edib: “Müsəlmanların ABŞ-ın inkişafına verdikləri töhfə o qədər böyükdür ki, bu xidmətlərin hamısını kiçik bir nitqdə qeyd etmək mümkün deyil. Amerikalı müsəlmanlar biznes, incəsənət, şou-biznes, idman, elm və tibb sahələrində böyük uğurlar əldə ediblər. Hər şeydən əvvəl isə onlar yaxşı valideyn, gözəl qonşu və ölkələrinin tərbiyəli vətəndaşlarıdır. Ramazan ayınız mübarək olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR