Bank Of Baku

Lora Buş prezident Obamanın fəaliyyətini təqdir edib

Lora Buş prezident Obamanın fəaliyyətini təqdir edib
# 08 sentyabr 2009 07:32 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ-ın sabiq birinci ledisi Lora Buş hesab edir ki, ərini prezident postunda əvəzləyən Barak Obama öz vəzifəsinin öhdəsindən layiqincə gəlir. APA-nın məlumatına görə, Lora Buş həmçinin “first lady” Mişel Obamanı Ağ Evi ailəsi üçün rahat bir yerə çevirməyi bacardığına görə tərifləyib. Sabiq “first lady” yenbi tədris ili ərəfəsində prezidentin məktəblilərə müraciət etmək niyyətinə də haqq qazandırıb. Qeyd edək ki, respublikaçılar prezidentin bu addımı yalnız təbliğat məqsədilə atdığını iddia edirlər. Lora Buş isə bildirib ki, məktəblilərə müraciət eləmək – prezidentin əsas vəzifələrindən biridir. Barak Obama məktəblilərə bu gün müraciət edəcək. Prezidentin Arlinqton məktəblərindən birində söyləyəcəyi nitq bir neçə telekanalla canlı yayımlanacaq. Artıq Ağ Ev prezidentin çıxışının mətnini yayıb. Prezident müraciətində məktəbliləri qarşıya məqsəd qoymağa və ona çatmağa, həmçinin təhsilin insan həyatında necə önəmli rol oynadığı barədə düşünməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR