Bank Of Baku

11 sentyabr hadisələrinin yeni video görüntüsü yayımlanıb - VİDEO

11 sentyabr hadisələrinin yeni video görüntüsü yayımlanıb - <font color=red>VİDEO</font>
# 11 sentyabr 2009 08:22 (UTC +04:00)
Həmin materiallar “Make History” saytında toplanıb və bu ildən internet auditoriyanın ixtiyarına verilib. Təşkilatçılar bu günə kimi 500 saatlıq videomaterial toplayıblar. Bu gün 11 sentyabr hadisələrinin ildönümü ilə əlaqədar həmin hadisələri əks etdirən yeni video görüntü yayımlanıb.

Qeyd edək ki, “Əl-Qaida” terror təşkilatının üzvü olan 19 terrorçu müxtəlif istiqamətlərdə hərəkət edən 4 sərnişin təyyarəsini ələ keçirərək müxtəlif obyektlərə doğru yönəldiblər. Təyyarələrdən ikisi Nyu-Yorkda yerləşən Ümumdünya Ticarət Mərkəzinin göydələnlərinə çırpılıb. Terrorçular daha bir təyyarəni Pentaqonun əsas binasına yönəldiblər. Dördüncü təyyarə isə Pensilvaniya ştatı ərazisində yerə düşüb. Ümumilikdə terror aktları nəticəsində 3 mindən çox adam ölüb.
11 sentyabr hadisələri ABŞ-ın xarici siyasətində köklü dəyişikliyə səbəb olub. Məhz bu hadisələrdən sonra rəsmi Vaşinqton beynəlxalq terrorizmə qarşı mübarizəni öz xarici siyasət kursunun əsas prioritet istiqaməti elan edib. Xatırladaq ki, Vaşinqtonun təhriki ilə NATO-nun Əfqanıstanda antiterror əməliyyatına başlamasında 11 sentyabr hadisələri stimul rolunu oynayıb. Son səkkiz ildə ABŞ və müttəfiq dövlətlər 11 sentyabr hadisələrinə görə məsuliyyəti öz üzərinə götürmüş “Əl-Qaida” terror təşkilatının ləğv edilməsi istiqamətində antiterror fəaliyyəti aparırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR