Bank Of Baku

Hillari Klinton Ağ Evdə iftar yeməyi verib

Hillari Klinton Ağ Evdə iftar yeməyi verib
# 16 sentyabr 2009 08:15 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ABŞ-ın dövlət katibi Hillari Klinton Ağ Evdə müsəlman ölkələrinin səfirləri, diplomatları və ölkənin müsəlman icmasının nümayəndələri üçün iftar yeməyi verib. APA-nın xəbərinə görə, H. Klinton bildirib ki, ABŞ-da yaşayan 7 milyona yaxın müsəlman ölkənin mədəniyyətini zənginləşdirib və dövləti daha da gücləndirib: “Biz etiraf edirik ki, ABŞ-la müsəlman icmaları arasında münasibətlər hərdən anlaşılmazlıq və yanılmalardan zərər görür. Biz əməkdaşlıq üçün daha sıx əlaqələr yaratmaq, qarşılıqlı anlayış və hörmət körpüləri qurmaq, dinləmək və anlamağı öyrənməkdə qərarlıyıq”.

Sonda H. Klinton bəyan edib ki, Barak Obama administrasiyası müsəlmanlarla bunsan sonra da sıx əlaqələrin yaradılmasına çalışacaq.

Qeyd edək ki, iftara Azərbaycanın ABŞ-dakı səfiri də dəvətli olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR