Bank Of Baku

ABŞ Çexiyada Raket Hücumundan Müdafiə Sistemi yerləşdirmək planından imtina edib

ABŞ Çexiyada Raket Hücumundan Müdafiə Sistemi yerləşdirmək planından imtina edib
# 17 sentyabr 2009 11:44 (UTC +04:00)
Vaşinqton-APA. ABŞ prezidenti Barak Obama Çexiyanın baş naziri Yan Fişerə telefon açaraq ölkəsinin Şərqi Avropada Raket Hücumundan Müdafiə Sistemi yerləşdirmək niyyətindən imtina etdiyini bildirib. APA-nın məlumatına görə, bu barədə beynəlxalq informasiya agentlikləri diplomatik mənbələrə istinadən məlumat yayıblar. Baş naziri mətbuat katibi Barak Obama ilə Yan Fişer arasında telefon danışığı olduğunu təsdiqləyib, lakin söhbətin məzmununu açıqlamayıb. Onun sözlərinə görə, baş nazirin söhbətin gedişi barədə artıq Çexiya prezidentini məlumatlandırıb. Bu gün Pentaqon rəhbəri Robert Qeyts ölkənin Raket Hücumundan Müdafiə planları ilə bağlı mətbuat konfransı keçirəcək, sabah isə ABŞ-da səfərdə olan çex həmkarı Martin Bartakla görüşəcək. Günü ikinci yarısında ABŞ Dövlət Departamenti nümayəndə heyətinin Praqaya səfəri gözlənilir. Diplomatik mənbələr Vaşinqtonun bu addımını İrandan yönələn raket hücumu təhlükəsinin yenidən qiymətləndirilməsi ilə əlaqələndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR