Bank Of Baku

ABŞ Polşa və Çexiyada Raket Hücumundan Müdafiə Sistemi elementləri yerləşdirmək planlarını 2015-ci ilədək təxirə salıb

ABŞ Polşa və Çexiyada Raket Hücumundan Müdafiə Sistemi elementləri yerləşdirmək planlarını 2015-ci ilədək təxirə salıb
# 18 sentyabr 2009 07:43 (UTC +04:00)
APA-nın məlumatına görə, prezident bildirib ki, ABŞ-ın Çexiya və Polşada Raket Hücumundan Müdafiə Sistemi elementləri yerləşdirmək imtina etməsinə səbəb bu müdafiə kompleksinin İranın raket hücumu təhlükəsinə qarşı ən yaxşı vasitə olmamasıdır: “İranın malik olduğu orta və yaxın mənzilli raketlər qitələrarası raketlərdən daha böyük təhlükə kəsb edir”.

Pentaqon rəhbəri Robert Qeyts isə bildirib ki, yeni plana əsasən İrandan qaynaqlanan raket təhlükəsini önləmək üçün ballistik raketlərə malik gəmilərdən istifadə olunacaq, Çexiya və Polşada müdafiə elementlərinin yerləşdirilməsi isə 2015-ci ilə kimi təxirə salınır: “Hazırda bizim üçün Avropanın şimalı və cənubunda yeni ötürücülər və raket əleyhinə sistemlər yerləşdirmək imkanı yaranıb. Bu elementlər yaxın perspektivdə İran və digər ölkələrdən qaynaqlanan raket təhlükəsindən müdafiəni təmin edə biləcək”.

General Ceyms Kartrayt isə ABŞ Hərbi Dəniz Donanmasına məxsus üç hərbi gəminin daim növbə çəkəcəyini bildirib. Generalın sözlərinə görə, zərurət yaranarsa, bu gəmilərin sayı artırılacaq. Gəmilərdə SM-3 raket tutan sistemlərin quraşdırılması nəzərdə tutulur.

Pentaqon rəhbəri isə təxirə salınan planların 2015-ci ildə yenidən Çexiya və Polşa ərazisində gerçəkləşdiriləcəyini deyib. Yeni Raket Hücumundan Müdafiə Sistemi planı müdafiə naziri və birləşmiş qərargah rəisləri komitələri tərəfindən təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR