Bank Of Baku

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktorları Barak Obamanı işgəncə faktlarının araşdırılmasını dayandırmağa çağırıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktorları Barak Obamanı işgəncə faktlarının araşdırılmasını dayandırmağa çağırıb
# 19 sentyabr 2009 07:52 (UTC +04:00)
Bakı – APA. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 7 keçmiş direktoru prezident Barak Obamanı dindirmə zamanı terrorçulara verilən işgəncə faktlarının araşdırılmasını dayandırmağa çağırıb. APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, keçmiş ABŞ prezidentlərinin dövründə MKİ direktoru vəzifəsini tutan bu şəxslər Obamaya məktubla müraciət ediblər.
Məktuba aşağıdakı şəxslər imza atıblar: MKİ-yə kiçik Corc Buş dövründə rəhbərlik etmiş Maykl Heyden, Porter Qoss və Corc Tenet, Bill Klinton dövründə rəhbərlik etmiş Con Deyç və Ceyms Vulsi, ata Corc Buş dövründə rəhbərlik etmiş Uilyam Uebster və Riçard Nikson dövründə rəhbərlik etmiş Ceyms Şlezinger.
Qeyd edək ki, MKİ müstəntiqlərinin terrorçuluqda şübhəli bilinən şəxslərlə amansız rəftarı faktlarının araşdırılacağını bu ilin avqustunda ABŞ-ın baş prokuroru Erik Holder bəyan edib. Buna səbəb isə MKİ müstəntiqlərinin iş metodları barədə ABŞ Ədliyyə Nazirliyinin hazırlayaraq çap etdirdiyi hesabat olub. Hesabatda təqsirləndirilən şəxslərə işgəncə verilməsini sübut edən faktlar da yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR