Bank Of Baku

BMT Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində ümumi siyasi diskussiyalar başlayıb

BMT Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində ümumi siyasi diskussiyalar başlayıb
# 23 sentyabr 2009 16:37 (UTC +04:00)
APA-nın məlumatına görə, diskussiyalarda 120-dən artıq dövlət və hökumət başçısı, həmçinin BMT-yə üzv ölkələrin xarici siyasət idarələrinin rəhbərləri iştirak edirlər.Sabah diskussiyalarda Rusiya prezidenti Dmitri Medvedyevin, ABŞ prezidenti Barak Obamanın, Fransa prezidenti Nikola Sarkozinin, İran prezidenti Mahmud Əhmədinejadın, Braziliya, Liviya, Çili, İordaniya, Əlcəzair, Koreya və digər ölkələrin rəhbərlərinin çıxışları nəzərdə tutulur. Sabah həmçinin BMT Təhlükəsizlik Şurasının iclası da keçiriləcək. İclasda nüvə silahını ixtisarı və yayılmasının qarşısının alınması rejiminə riayət olunması məsələləri müzakirə ediləcək. Artıq ABŞ nümayəndə heyəti bu məsələ ilə əlaqədar Təhlükəsizlik Şurasının üzvləri arasında qətnamə layihəsi yayıb. Sabah həmçinin İranın nüvə silahı problemi ilə bağlı “Altılıq” ölkələrinin iclası keçiriləcək. İclasda Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniyanın xarici işlər nazirlərinin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR