Bank Of Baku

İran prezidentinin BMT Baş Assambleyasındakı çıxışı protest edilib

İran prezidentinin BMT Baş Assambleyasındakı çıxışı protest edilib
# 24 sentyabr 2009 08:44 (UTC +04:00)
Bakı – APA. İran prezidenti Mahmud Əhmədinejatın BMT Baş Assambleyasındakı çıxışı ABŞ və Fransa başqa olmaqla, bir çox dövlətin etirazına səbəb olub. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, M. Əhmədinejat “azğın kapitalizm”in sonunun çatdığını, kapitalizmin də marksizmin aqibətini paylaşacağını deyib. O, şəffaf və dürüst tərəfdaşlara əl uzatmağa hazır olduqlarını söyləyərək İranı miskin və köməksiz ölkələrin hamisi adlandırıb. Beynəlxalq təhlükəsizliyin təmin olunmasında bütün millətlərlə əməkdaşlığı məqbul sayan M. Əhmədinejat İranın suverenliyinə yönəlmiş istənilən cəhdin qarşısını alacaqlarını da vurğulayıb.

İran prezidenti ənənəvi olaraq İsraili və yəhudiləri də hədəfə götürüb: “Kiçik bir azlığın qurduğu şəbəkə vasitəsilə dünyanın əksər hissəsində siyasəti, iqtisadiyyatı və mədəniyyəti idarə etməsi, yeni bir müstəmləkə düzəni yaratması qəbuledilməzdir”. O, ABŞ-ın müharibə etmək, qan tökmək, əzmək üçün minlərlə kilometr uzaqda yerləşən İraq və Əfqanıstana ordu göndərməsinin də qəbuledilməz olduğunu söyləyib.

M. Əhmədinejatın çıxışı zamanı ABŞ, Kanada, Fransa, Böyük Britaniya, İtaliya, Danimarka, Macarıstan, Avstraliya, Yeni Zelandiya, Argentina, Kosta-Rika və Uruqvay nümayəndə heyətləri zalı tərk ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR