Bank Of Baku

Şagird müəllimini sinifdə öldürüb

Şagird müəllimini sinifdə öldürüb
# 24 sentyabr 2009 15:32 (UTC +04:00)
Texas-APA. ABŞ-ın Texas ştatında müəllim öz şagirdinin qurbanı olub. APA-nın məlumatına görə, 16 yaşlı məktəbli musiqi terapiyası üzrə mütəxəssis olan müəllimin boğazına bıçaqla xəsarət yetirib. Şagird hadisə yerində saxlanıb, müəllim isə xəstəxanada dünyasını dəyişib. İnsident Con Tayler adına məktəbdə baş verib. Hücumun qurbanı olan 52 yaşlı müəllim əsasən əlil uşaqlara dərs keçirmiş. Məktəbdə işləməzdən əvvəl o həbsxanada psixoterapevt və xüsusi diqqət tələb edən uşaqlar üzrə məktəbdə çalışıb. Hadisə baş verən zaman sinif otağında qatillə müəllimdən başqa iki şagird və müəllimin köməkçisi də olub. Şagirdi məhz sonuncu şəxs zərərsizləşdirərək polisə təhvil verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR