Bank Of Baku

BMT Təhlükəsizlik Şurası nüvə silahının yayılmasının qarşısının alınmasına dair qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası nüvə silahının yayılmasının qarşısının alınmasına dair qətnamə qəbul edib
# 24 sentyabr 2009 16:37 (UTC +04:00)
Nyu-York-APA. BMT Təhlükəsizlik Şurası dünyada nüvə silahının yayılmasının qarşısının alınması, nüvə sınaqlarının qadağan edilməsi və nüvə silahının ixtisarını nəzərdə tutan qətnamə qəbul edib. APA-nın məlumatına görə, ABŞ prezidenti Barak Obamanın sədrliyi ilə keçirilən iclasda qətnamə yekdilliklə qəbul olunub. Qətnamədə nüvə silahının yayılmasını qadağan edən sazişə qoşulmayan ölkələr bu sənədi imzalanmağa dəvət olunur, sazişə qoşulan ölkələrdən isə öhdəlikləri tam şəkildə yerinə yetirmək tələb olunur. Sənəddə İran və Şimali Koreyanın adı çəkilməsə də, əsas tələblərin bu ölkələrə qarşı irəli sürüldüyü məlumdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR