Bank Of Baku

ABŞ-da əsrin qarəti: qiyməti on milyonlarla dollarla ölçülən 13 rəsm əsəri oğurlanıb

ABŞ-da əsrin qarəti: qiyməti on milyonlarla dollarla ölçülən 13 rəsm əsəri oğurlanıb
# 30 sentyabr 2009 07:31 (UTC +04:00)
Bakı – APA. ABŞ-da qiyməti on milyonlarla dollarla ölçülən bir neçə rəsm əsəri oğurlanıb. APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, hadisə Sakit okean sahilindəki Pebble Beach adı kurort şəhərciyində baş verib.
Polisə müraciət edən iki kolleksiyaçı peşəkar oğrular tərəfindən qarət olunduqlarını bildiriblər. Oğrular 13 rəsm əsərini oğurlayıblar. Onların arasında Renuar, Van Qoq, Miro, Matissa, Rembrandt və Pollok kimi məşhur rəssamların əsərləri var.
Əsərlərin konkret qiyməti hələ müəyyənləşdirilməyib, amma bildirilir ki, təkcə Pollokun əsərinin qiyməti 40 mln. dollar təşkil edir. Maraqlıdır ki, bu əsərlər sığortalanmayıbmış. Çünki onların sığortalanması sahiblərinə 30 mln. dollara başa gələ bilərmiş.
Kolleksiyaçılar oğurlanan əsərlərin qaytarılması üçün 1 mln. dollar təklif edirlər. Polis və detektivlər faktla bağlı araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR