Bank Of Baku

Samoada sunami qurbanlarının sayı 164 nəfərə çatıb

Samoada sunami qurbanlarının sayı 164 nəfərə çatıb
# 03 oktyabr 2009 10:14 (UTC +04:00)
Samoa-APA. Samoada dağıdıcı sunaminin qurbanlarının sayı 164 nəfərə çatıb. APA-nın məlumatına görə, yerli hakimiyyət orqanları zəlzələdən sonra əmələ gələn sunami dalğasının vurduğu ərazilərdə 16 nəfərin itkin düşdüyünü bildirirlər. Rəsmi rəqəmlərə görə, sunami nəticəsində 123 nəfər Samoada, 32 nəfər Amerika Samoası ərazisində, 9 nəfər isə Tonqa adasında həlak olub. Hazırda Samoanın paytaxtı Apiadakı xəstəxanalarda 300-dən çox yaralı var. Qeyd edək ki, dünən baş verən 8,3 bal gücündə zəlzələ dağıdıcı sunami ilə müşayiət olunub. Yeraltı təkanlar 3 dəqiqə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR