Bank Of Baku

Kayman adaları yaxınlığında güclü zəlzələ baş verib

Kayman adaları yaxınlığında güclü zəlzələ baş verib
# 19 yanvar 2010 20:02 (UTC +04:00)
Bakı-APA. Bu gün, yanvarın 19-da Karib dənizi hövzəsində yerləşən Kayman adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib.

ABŞ-ın Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri 10 kilometr dərinlikdə Kayman adalarının inzibati mərkəzi Corctaundan 65 kilometr cənubi-şərqdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsinin isə olmadığı bildirilir.

Məlum olduğu kimi, Kayman adaları Karib dənizinin şimali-qərb hissəsində, Kuba ilə Yamayka arasında, Yamayka adasından 280 kilometr şimali-qərbdə yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR