Bank Of Baku

BMT və ABŞ Haitiyə yardım etmək üçün əlavə əsgər göndərir

BMT və ABŞ Haitiyə yardım etmək üçün əlavə əsgər göndərir
# 19 yanvar 2010 20:14 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. ABŞ Haiti zəlzələsində zərərçəkmiş insanlara kömək etmək və təhlükəsizliyi qoruyub saxlamaq üçün adaya daha çox əsgər göndərmək məcburiyyətində qalıb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, BMT-də öz növbəsində zəlzələnin dağıdıcı fəsadlarını aradan qaldırmaq üçün və təhlükəsizliyin bərpası üçün daha çox əsgər və polis göndərmək niyyətindədir.

Zəlzələ qurbanlarının sayının 200 minədək artacağını deyən BMT və ABŞ rəsmiləri insan tələfatına səbəb olan dağıdıcı zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün bu kimi preventiv tədbirləri davam etdirməyə qərarlıdırlar.

Xatırladaq ki, yanvarın 12-də Haiti adasında 7 və 5,9 bal gücündə iki dağıdıcı zəlzələ baş verib. Zəlzələ nəticəsində Haitinin paytaxtı tamamilə yerlə yeksan olub, ölkənin idarəetmə qurumlarının yerləşdiyi binalar, xəstəxanalar, məktəblər və yaşayış evləri yarasız vəziyyətə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR