Bank Of Baku

ABŞ müdafiə naziri Hindistanda rəsmi səfərdədir

ABŞ müdafiə naziri Hindistanda rəsmi səfərdədir
# 20 yanvar 2010 03:38 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. ABŞ müdafiə naziri Robert Geyts Hindistanla hərbi sahədə əməkdaşlığı daha da inkişaf etdirmək və genişləndirmək üçün bu gün Dehli şəhərinə gəlib.

APA-nın “Press TV”ə istinadən verdiyi məlumata görə, Hindistana iki günlük rəsmi səfərinə başlayan Robert Geyts bu ölkənin baş naziri Manhoman Singh, Xarici İşlər Naziri (XİN) S.M.Krişna və digər dövlət rəsmilərilə görüşlər keçirib.

Ekspertlər belə hesab edir ki, müdafiə nazirinin səfərinin məqsədi Hindistanı ABŞ-dan yeni hərbi təyyarələr və digər hərbi avadanlıqlar alması ilə bağlı əməkdaşlıqdır.

Qeyd edək ki, hərbi qüdrətini artırmağa can atan Hindistan son illər ərzində ABŞ hərbi sənaye kompleksinin əsas müştərisinə çevrilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR