Bank Of Baku

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 75 min nəfərə çatıb

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 75 min nəfərə çatıb
# 20 yanvar 2010 08:41 (UTC +04:00)
Bakı-APA. Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 75 min nəfərə çatıb, daha 250 min nəfər təbii fəlakət nəticəsində yaralanıb. APA-nın məlumatına görə, bu rəqəmləri Haiti Mülki Müdafiə İdarəsi açıqlayıb. Zəlzələdən zərər çəkən rayonların əhalisi hələ də su, ərzaq, dərman və çadır çatışmazlığından əziyyət çəkir. Xatırladaq ki, yanvarın 12-də baş verən 7 bal gücündə zəlzələ nəticəsində Haitinin paytaxtı yerlə-yeksan olub, yaşayış binası, xəstəxana, məktəb və dövlət idarələrinin üçdə iki hissəsi uçub. Haitiyə bir çox dünya ölkələri humanitar yardım göstərməkdə davam edirlər. ABŞ, Avropa İttifaqı, BMT və Ümumdünya Bankı ümumilikdə Haitidə zəlzələnin nəticələrinin aradan qaldırılmasına 500 milyon dollar yardım ayırıblar. Digər ölkələrin, şirkət və təşkilatların ayırdığı yardımın ümumi həcmi isə 270 milyon dollara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR