Bank Of Baku

Haitidə yenidən güclü zəlzələ olub

Haitidə yenidən güclü zəlzələ olub
# 20 yanvar 2010 13:58 (UTC +04:00)
Bakı – APA. Yanvarın 12-də dəhşətli zəlzələnin baş verdiyi Haitidə yenidən güclü yeraltı təkanlar qeydə alınıb. APA-nın AFP və “Associated Press”ə istinadən verdiyi məlumata görə, yanvarın 20-də səhər ölkəni silkələyən təkanların gücü 6,1 bala çatıb. Zəlzələnin nəticələri barədə hələlik məlumat yoxdur. Yeraltı təkanların episentri paytaxt Port-o-Prens şəhərinin 59 km qərbinə təsadüf edib. Dağıntılar içərisindəki paytaxtın minlərlə sakini panika halında küçələrə qaçıb.

Qeyd edək ki, yanvarın 12-də Haitidə baş vermiş dəhşətli zəlzələ nəticəsində 200 minə yaxın adam ölüb. Rəsmi orqanlar hələlik 75 min nəfərin öldüyünü təsdiqləyiblər. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR