Bank Of Baku

Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyində «20 yanvar» faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyində «20 yanvar» faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
# 20 yanvar 2010 23:48 (UTC +04:00)
Bakı-APA. Qanlı «20 yanvar» faciəsinin ildönümü ilə əlaqədar cari ilin yanvarın 20-də tarixində Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində tədbir keçirilib.
Nümayəndəlikdən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində 20 yanvar 1990-cı il tarixində xalqımızın azadlığı naminə öz həyatlarını qurban vermiş Azərbaycan oğul və qızlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir, cənab A.Mehdiyev çıxış edərək «20 yanvar» faciəsi ilə bağlı fikirlərini görüş iştirakçıları ilə bölüşüb. Bunun bir qəhrəmanlıq salnaməsi olduğunu deyə Səfir şəhidlərimizin xatirəsinin daim Azərbaycan xalqının yaddaşında qalacağını qeyd edib.

Tədbirdə Daimi Nümayəndəliyin əməkdaşları, Nyu-Yorkda yaşayan Azərbaycan diasporasının rəhbərləri və üzvləri iştirak ediblər.

Bundan əlavə, «20 yanvar» faciəsi ilə bağlı Nyu-Yorkda rus dilində buraxılan “Yeni Hədd” qəzetində məqalə çap edilib. Məqalədə faciənin baş vermə səbəbləri, nəticələri və onun Azərbaycan xalqı üçün əhəmiyyəti barədə oxuculara ətraflı məlumat verilir.

Məlumatda o da qeyd olunur ki, cari ilin yanvarın 19-da qanlı «20 yanvar» faciəsinə dair Daimi Nümayəndəlik tərəfindən BMT Baş Katibinə, BMT Katibliyinin əsas idarələrinə və BMT üzv dövlətlərinin BMT yanında Daimi Nümayəndəliklərinə press-reliz göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR