Bank Of Baku

Azərbaycanın Kanadadakı Səfiri yəhudi icmasının liderləri ilə görüşüb

Azərbaycanın Kanadadakı Səfiri yəhudi icmasının liderləri ilə görüşüb
# 21 yanvar 2010 00:36 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Kanadadakı Səfiri Fərid Şəfiyev 2010-cu ilin yanvar 18-də Kanada yəhudi icmasının liderləri ilə görüşüb.

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, Kanadada tanınmış və nüfuzlu yəhudi təşkilatı «B’nai Brith» Torontodakı Mərkəzində keçirilən görüşü giriş sözü ilə təşkilatının Baş icraçı direktoru Dr.Frank Dimant açaraq Azərbaycan Səfirinin Kanada yəhudi icma nümayəndələri ilə görüşə gəlməsindən məmnunluq duyduqlarını söyləyib.

Sonra, səfir F.Şəfiyev yəhudi icmasının liderləri qarşısında Azərbaycan-İsrail münasibətləri və Azərbaycanda yəhudi icması haqqında təqdimatla çıxış edib.

Çıxışında F.Şəfiyev İsrail ilə Azərbaycan arasında olan ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar tərəflərinə toxunmaqla yanaşı, Kanadadakı Azərbaycan və yəhudi icmaları arasında olan sıx münasibətlərdən söhbət açıb.

Səfir eyni zamanda Azərbaycanda yəhudi məskunlaşmalarının qədim tarixi və onların müasir dövrə qədər Azərbaycanda keçdikləri zamana nəzər salıb.

Sonra Səfir yəhudi icmasının nümayəndələri tərəfindən verilən sualları cavablandırıb.

Görüşdə gələcəkdə Azərbaycan və yəhudi icmaları arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq edilməsinə dair razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR