Bank Of Baku

Haitidə 8 gün dağıntılar altında qalmış qız xilas edilib

Haitidə 8 gün dağıntılar altında qalmış qız xilas edilib
# 21 yanvar 2010 03:01 (UTC +04:00)
Bakı-APA. Haitidə zəlzələ dağıntıları altında 8 gün qalmış 11 yaşlı qız xilas edilib. Bir qədər əvvəl məlumat verildiyi kimi, xilasedicilər ümumilikdə 121 nəfəri dağıntılar altından çıxarmağa müvəffəq olublar. APA-nın vesti.ru saytına istinadən verdiyi məlumata görə, təkcə son sutka ərzində dağıntılar altından 4 nəfəri çıxarmaq mümkün olub.
Xatırladaq ki, yanvarın 12-də baş verən 7 bal gücündə zəlzələ nəticəsində Haitinin paytaxtı yerlə-yeksan olub, yaşayış binası, xəstəxana, məktəb və dövlət idarələrinin üçdə iki hissəsi uçub. Haitiyə bir çox dünya ölkələri humanitar yardım göstərməkdə davam edirlər. ABŞ, Avropa İttifaqı, BMT və Ümumdünya Bankı ümumilikdə Haitidə zəlzələnin nəticələrinin aradan qaldırılmasına 500 milyon dollar yardım ayırıblar. Digər ölkələrin, şirkət və təşkilatların ayırdığı yardımın ümumi həcmi isə 270 milyon dollara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR