Bank Of Baku

Obama öz şəxsi hesablarından Haitiyə 15.000 dollar yardım ayırıb

Obama öz şəxsi hesablarından Haitiyə 15.000 dollar yardım ayırıb
# 21 yanvar 2010 03:48 (UTC +04:00)
Bakı. Ayaz Abdulla – APA. ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama öz şəxsi bank hesablarından Haitidə baş vermiş dağıdıcı zəlzələnin qurbanları üçün 15.000 dollar məbləğində vəsait ayırıblar.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ EV nümayəndəsi Coş Ernest bildirib ki, belə bir sərt iqtisadi şəraitdə milyonlarla amerikalıların sadəcə kənardan seyr etməyərək səxavət nümayiş etdirməsi Obama ailəsini də ilhamlandırıb.

“Yanvarın 12 baş vermiş kütləvi zəlzələdən sonra yüz minlərlə evsiz, aç və çarəsiz qalmış Haitililər üçün yardım gəlməkdədir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, yanvarın 20-si Obama ailəsi 15.000 dollarlıq çeki Haitiyə yardım məqsədilə keçmiş prezidentlər Bil Klinton və Corc Buşun təsis etdikləri Klinton-Buş Fonduna göndəriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR