Bank Of Baku

Hondurasın müvəqqəti prezidenti postunu tərk edir

Hondurasın müvəqqəti prezidenti postunu tərk edir
# 21 yanvar 2010 19:57 (UTC +04:00)
Bakı-APA. Hondurasın «de-fakto» hökumətinin başçısı Roberto Miçeletti seçilmiş prezident Porfirio Lobonun yanvarın 27-nə təyin olunmuş andiçmə mərasimini gözləməyərək prezident sarayını vaxtından qabaq tərk etmək qərarına gəlib. Bu barədə APA İTAR-TASS agentliyinə istinadən məlumat verir.

“Qeyd etmək istəyirəm ki, bu qərar hökumət başçısı postundan getməyim demək deyil”, deyə Miçeletti bəyan edib. O bildirib ki, prezident sarayını, yeni administrasiyaya hakimiyyətin rəsmi ötürülməsi prosesinə hazırlaşması üçün daha çox vaxt vermək istəməsi ilə bağlı tərk edir.

Miçeletti hakimiyyətə iyunun 28-də prezident Manuel Selayya devrildikdən sonra parlamentin qərarına əsasən gəlib. Benyəlxalq birlik onun «de-fakto» hökumətini tanımayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR