Bank Of Baku

Klinton: “ABŞ-ın İranın nüvə proqramı ilə bağlı mövqeyi dəyişilməzdir”

Klinton: “ABŞ-ın İranın nüvə proqramı ilə bağlı mövqeyi dəyişilməzdir”
# 21 yanvar 2010 23:40 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. ABŞ-ın dövlət katibi Hillari Klinton Çinin İrana qarşı sanksiyalar tətbiq etməkdə həvəsiz olduğuna baxmayaraq digər böyük dövlətlərin bu istiqamətdə ümumi fikrə gələ bildiyini bəyan edib.

«Açıq deyim ki, gözləmək niyyətimiz yoxdur. ABŞ-ın İranın nüvə proqramı ilə bağlı mövqeyi dəyişilməzdir. Biz geri çəkilməyəcəyik. İranın qarşısında iki seçim variantı var. Biri hazırkı təcridin davamı, digəri isə beynəlxalq öhdəliklərin yerinə yetirilməsidir», deyə o əlavə edib.

Klinton həmçinin BMT Təhlükəsizlik Şurasında İrana qarşı yeni bir sərt qərar alınmasına çalışacaqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR