Bank Of Baku

ABŞ Talibanı Əfqanıstanda siyasi qüvvə кими qəbul edir

ABŞ Talibanı Əfqanıstanda siyasi qüvvə кими qəbul edir
# 23 yanvar 2010 01:01 (UTC +04:00)
Bakı. Ayaz Abdulla – APA. ABŞ-ın Müdafiə Naziri Robert Geyts etiraf edib ki, Taliban, onun təbirincə desək, Əfqanıstanın siyasi strukturudur.
APA-nın Əl Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, ABŞ rəsmisi bu haqda Pakistanda iki günlük səfəri zamanı deyib.
“Əfqanıstanın siyasi səhnəsində qanuni fəaliyyət göstərmək üçün Taliban silahı yerə qoymalıdır”, - deyə Robert Qeyts qeyd edib.
“Məsələ ondadır ki, talibançılar Əfqanıstanın siyasi strukturu olaraq səhnədə qanuni fəaliyyət göstərməyə, ölkəni irəli aparmağa, seçkilərdə iştirak etməyə, yerli dövlət məmurları və ailələri öldürməməyə hazırdırlarmı? ” – deyə o İslamabadda Pakistan və Amerika jurnalistləri üçün təşkil olunmuş dəyirmi masada vurğulayıb.
Qeyd edək ki, qərb mətbuatının yazdığına görə, son bir neçə il ərzində Amerika və Britaniya kəşfiyyatının casusları Əfqanıstanda Talibanın rəhbərləri ilə görüşlər təşkil ediblər. Bundan əlavə, ABŞ və Böyük Britaniyanın yüksək rütbəli hərbiçilərinin, müharibədən üzülmüş bu ölkədə, Talibanın nəzarət etdiyi narkotik şəbəkəsinə cəlb olunduğu da təsdiqlənib.
Əlavə edək ki, belə əlaqələr Taliban rəhbərliyini ölkənin siyasi səhnəsində fəaliyyət göstərmək habelə Əfqanıstan hökumətində yer almaqda inandırmaq üçün istifadə olunurdu. Hadisələrin belə inkişafı o deməkdir ki, ABŞ Prezidenti Barak Obama administrasiyası, Taliban silahlılarını Əfqanıstanın gələcəyində mühüm rol oynayacağı faktını, qəbul etməyə hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR