Bank Of Baku

Amerikalı fermer 51 inəyini gülləyib və intihar edib

Amerikalı fermer 51 inəyini gülləyib və intihar edib
# 23 yanvar 2010 10:36 (UTC +04:00)
Nyu-York – APA. ABŞ-ın Nyu-York ştatının Kopeyk şəhərində 59 yaşlı fermer 51 sağmal inəyini gülləyib və sonda özü tövlədə intihar edib.
APA-nın məlumatına görə, Din Pirson adlı fermer tüfəngdən atəş açarkən yalnız sağmal inəkləri nişana alıb, tövlənin qapısından isə heç kimin içəri daxil olmaması və polisin çağırılmaması üçün xəbərdarlıq kağızı yapışdırmışdır.
Hadisə yerinə gələn və artıq intihar etmiş fermeri aşkarlayan qonşular məsələ ilə bağlı jurnalistlərə şərh verməyiblər. Lakin yaxınlıqda yaşayan fermerlərdən biri Pirsonun tanınmış sahibkar olduğunu bildirsə də, hazırkı dövrdə fermerlərin işinin çətin olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR