Bank Of Baku

Tanınmış aktrisa ağciyər xərçəngindən vəfat edib

Tanınmış aktrisa ağciyər xərçəngindən vəfat edib
# 23 yanvar 2010 16:10 (UTC +04:00)
Vaşinqton – APA. Tanınmış Hollivud aktrisası Cin Simmons (Jean Simmons) Kaliforniya ştatında yerləşən Santa-Monikadakı evində 80 yaşında dünyasını dəyişib. APA-nın «Associated Press» agentliyinə istinadən verdiyi məlumata görə, əslən Britaniyadan olan aktrisa ağciyər xərçəngindən əziyyət çəkirdi.

Hələ 14 yaşında aktyorluq karyerasına başlayan Simons ümumilikdə 50-dən artıq kino və telefilmdə çəkilib. Onun müxtəlif rollar ifa etdiyi kinofilmlər arasında 1948-ci ildə çəkilən «Hamlet» (Ofeliya obrazı), 1946-cı ildə çəkilən «Böyük ümidlər» (Estella) və 1960-cı ildə ekranlaşdırılan «Spartak» (Variniya) filmi daha çox tanınır.
Qeyd edək ki, C.Simmonsun namizədliyi iki dəfə «Oskar» mükafatı üçün irəli sürülüb, 1956-cı ildə «Qızıl Qlobus», 1983-cü ildə isə «Tikanlıqda oxuyanlar» serialındakı rola görə «Emmi» mükafatına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR