Bank Of Baku

Haitidə artıq 120 min nəfərin cəsədi toplanıb

Haitidə artıq 120 min nəfərin cəsədi toplanıb
# 23 yanvar 2010 21:14 (UTC +04:00)
Bakı-APA. Haiti hökuməti zəlzələ nəticəsində həlak olanların indiyədək 120 min nəfərinin cəsədinin toplandığını, lakin həlak olanların sayının ümumi sayının bundan xeyli çox ola biləcəyini açıqlayıb.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Haiti Mədəniyyət və rabitə naziri Mari-Lorens Joslin Lasso «indiyədək 120 minədək cəsəd topladıq, bu rəqəmə ailələri tərəfindən torpağa verilənlər daxil deyil» deyə bildirib.

Nazir dəfn bürolarından ailələri tərəfindən qaldırılan cəsədlərin saylarını öyrənməyə başladıqlarını, bunun ümumi ölü sayını 60-70 min artıra biləcəyini vurğulayıb.

Ölkə rəsmiləri Haiti zəlzələsində ölü sayının 200 minə çata biləcəyini təxmin edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR