Bank Of Baku

Uqo Çavesə qarşı kütləvi aksiya keçirilib

Uqo Çavesə qarşı kütləvi aksiya keçirilib
# 24 yanvar 2010 01:47 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Paytaxt Karakasda Venesuela prezidenti Uqo Çavesə qarşı kütləvi aksiya keçirilib. APA-nın məlumatına görə, küçələrə çıxan minlərlə insan ölkədə cinayətkarlığın baş alıb getməsinə, suyun məhdudiyyətlə verilməsinə etirazını bildirərək polislə qarşıdurma yaradıblar.

Əllərində Venesuela bayraqları və müxtəlif şüarlar tutan nümayişçilər bildiriblər ki, Uqo Çavesin sosialist ölkə qurmaq səyləri Venesuelanın bölünməsinə səbəb olur.

Xatırladaq ki, adıçəkilən nümayişlərin təşəbbüskarı Venesuelanın sonuncu diktatorunun hakimiyyətdən düşürülməsinin 52-ci ildönümü ərəfəsində belə bir nümayiş təşkil etmək qərarına gəliblər.

Venesuela prezidenti Uqo Çaves ölkədə demokratiyanın sürətlə inkişaf etdiyini iddia etsə də, müxalif qüvvələr onların azadlıqlarının təmin olunmadıqlarını deyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR