Bank Of Baku

Haiti paytaxtında baş vermiş zəlzələdə ölənlərin sayı 150 minə çatıb

Haiti paytaxtında baş vermiş zəlzələdə ölənlərin sayı 150 minə çatıb
# 25 yanvar 2010 07:02 (UTC +04:00)
Bakı – APA. Haitidə yanvarın 12-də baş vermiş dəhşətli zəlzələ nəticəsində təkcə paytaxt Port-o-Prens şəhərində ölənlərin sayı 150 minə çatıb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin informasiya naziri Mari-Lorans Lasseq açıqlayıb. O bildirib ki, ölkənin digər yerlərində ölənlər, yaxınları tərəfindən basdırılan və yandırılanlar bu rəqəmə daxil deyil: “Heç kim dağıntılar altında nə qədər cəsədin qaldığını bilmir – iki yüz min, yoxsa üç yüz min?..”

Haiti hökuməti xilasetmə işlərinin başa çatdığını elan edib. Çünki zəlzələdən 10 gün ötdükdən sonra kiminsə sağ çıxarılacağı ehtimalı çox azdır. Xilasedicilər dağıntılar altında 130-dan çox adamı sağ çıxarıblar. Hakimiyyət və humanitar təşkilatlar bundan sonra sağ evsiz-eşiksiz qalmış əhalinin təminatı üzərində çalışacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR