Bank Of Baku

Barak Obama: «Bir dəfə seçilib yaxşı prezident olmaq iki dəfə seçilib adi prezident olmaqdan yaxşıdır»

Barak Obama: «Bir dəfə seçilib yaxşı prezident olmaq iki dəfə seçilib adi prezident olmaqdan yaxşıdır»
# 26 yanvar 2010 02:02 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama bu kürsüyə seçildiyi dörd il ərzində «həqiqətən yaxşı prezident olmağı», ikinci dəfə seçilərək adi prezident olmaqdan üstün tutur. APA-nın newsru.com-a istinadən verdiyi məlumata görə, belə bir açıqlama ilə Ağ Evin rəhbəri ABC telekanalına müsahibəsində çıxış edib.

Qeyd edək ki, Vaşinqton siyasi dairələrində mövcud olan hakim fikrə görə, seçkili vəzifədə çalışan insanın əsas vəzifəsi həmin vəzifəyə yenidən seçilməyə nail olmaqdır.

Bir il əvvəl dövlət başçısı seçilmiş ABŞ-ın hazırkı prezidenti isə hesab edir ki, hakimiyyətin qarşısında duran vəzifə - "problemləri həllə etmək və insanlara yardım etməkdir". Onun fikrincə, KİV-lər hakimiyyətin fəaliyyətini məhz bu göstəricilər əsasında qiymətləndirəcəklər.

Müsahibə zamanı Obama heç olmazsa nəzəri cəhətdən də olsa, 2012-ci il seçkilərində iştirak etmək ehtimalını nəzərdən keçirib-keçirmədiyini dilə gətirməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR