Bank Of Baku

Haiti prezidenti: zəlzələ nəticəsində 170 min nəfərə qədər insan həlak olub

Haiti prezidenti: zəlzələ nəticəsində 170 min nəfərə qədər insan həlak olub
# 27 yanvar 2010 23:03 (UTC +04:00)
Bakı-APA. İki həftə öncə Haitidə baş vermiş dəhşətli zəlzələ qurbanlarının sayı 170 min nəfəri ötüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Rene Preval açıqlama verib.

"Son 15 gün ərzində çox səy göstərilib. Dağıntılar altından təqribən 170 min nəfərin cəsədi çıxarılıb", - deyə Preval Port-o-Prensdə keçirilmiş mətbuat konfransında bildirib.

Xatırladaq ki, 2010-cu il yanvarın 12-də Haitidə 7,0 və 5,9 bal gücündə yeraltı təkanlar baş verib. Müxtəlif qiymətləndirmələrə görə, təbii fəlakət qurbanlarının ümumi sayı 200 min nəfərə çata bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR