Bank Of Baku

Barak Obama: ABŞ ümumi nüvə tərksilahına nail olmaq niyyətindədir

Barak Obama: ABŞ ümumi nüvə tərksilahına nail olmaq niyyətindədir
# 28 yanvar 2010 04:11 (UTC +04:00)
Bakı-APA. Barak Obama ABŞ Konqresində ənənəvi illik hesabatı zamanı ABŞ-ın ümumi nüvə tərksilahına nail olmaq niyyətində olduğunu təsdiq edib. Bu barədə APA «RİA Novosti» agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, nüvə potensialının azaldılması məqsədilə ABŞ və Rusiya strateji hücum silahlarına dair növbəti iyirmi il üçün müqavilə üzərində işi sona çatdırmaq üzrədirlər.

"Nüvə təhlükəsizliyinə dair aprel sammitində biz 44 millətin nümayəndələrini bir yerə toplayacağıq. Bu sammitdə əsas məqsəd nüvə silahının terrorçuların əlinə keçməməsi üçün bütün dünyada nüvə təhlükəsizliyini təmin edilməsi olacaq", - deyə Obama vurğulayıb.

Qeyd edək ki, nüvə təhlükəsizliyinə dair zirvə görüşünün cari ilin aprelin 12-13-də Vaşinqtonda keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR