Bank Of Baku

Hondurasın keçmiş prezidenti ölkəni tərk edib

Hondurasın keçmiş prezidenti ölkəni tərk edib
# 28 yanvar 2010 02:58 (UTC +04:00)
Bakı-APA. Hondurasın hakimiyyətdən uzaqlaşdırılmış prezidenti Manuel Selayya bu gün Dominikan Respublikasına yola düşüb. Bu barədə APA utro.ru-ya istinadən xəbər verir.

Hondurasın hazırkı prezidenti Porfirio Lobo ilə Dominikan Respublikasının prezidenti Lionel Fernandes arasında əldə olunmuş razılığa əsasən, Selayya bu ölkəyə sıravi vətəndaş qismində gedib.

Eks-prezident Dominikan Respublikasına xanımı, iki övladı və köməkçisi ilə birlikdə yola düşüb.

Gələcək planları barədə heç bir məlumat verməyən Selayya təyyarəyə qalxarkən «geri dönəcəyini» bildirib.

Xatırladaq ki, 2009-cu ilin iyun ayında Hondurasda hərbi çevriliş baş verib. Hərbçilər prezident Selayyanı həbs edərək onu ölkədən kənara aparıblar.

Selayyanın prezident səlahiyyətləri 2010-cu ildə başa çatırdı. Lakin o, ölkədə referendum keçirərək konstitusiyada prezidentlik müddətinə qoyulmuş məhdudiyyəti aradan qaldırmaq niyyətində idi. Bu təşəbbüs Hondurasda hakimiyyətin bütün qanadlarında, o cümlədən hərbçilər arasında etirazla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR