Bank Of Baku

Barak Obama: “İranı əmin edirəm ki, öhdəlikləri yerinə yetirməsə, ciddi problemlərlə üzləşəcək”

Barak Obama: “İranı əmin edirəm ki, öhdəlikləri yerinə yetirməsə, ciddi problemlərlə üzləşəcək”
# 28 yanvar 2010 08:37 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama prezident postunda fəaliyyətinin bir illiyinə həsr olunmuş hesabat-məruzə ilə çıxış edib. APA-nın məlumatına görə, prezidentin 69 dəqiqə davam edən çıxışı dəfələrlə nazirlər, konqresmenlər və demokrat-senatorların sürəkli alqışları ilə kəsilib. O çıxışında kiçik biznesin inkişafı, yeni iş yerlərinin açılması, 2010-cu ildə xarici siyasətin prioritetləri məsələlərinə toxunub, homoseksuallar və qadınların hüquqlarını müdafiə edəcəyinə söz verib. Obama avqust ayına kimi İraqdakı ABŞ qoşunlarının tam şəkildə çıxarılacağı barədə niyyətini təkrarlayıb. O, Əfqanıstandan ABŞ qoşunlarının çıxarılmasına 2011-ci ilin iyulunda başlanacağını bildirib. Prezident bəzi ölkələrin nüvə silahı əldə etmək niyyətinin dünyada təhlükəsizlik problemini artıracağını deyib: “Əgər İran liderləri öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırsalar, onları əmin edirəm ki, ciddi problemlərlə üzləşəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR