Bank Of Baku

Haitidə baş vermiş zəlzələ zamanı BMT-nin 84 əməkdaşının həlak olduğu təsdiqlənib

Haitidə baş vermiş zəlzələ zamanı BMT-nin 84 əməkdaşının həlak olduğu təsdiqlənib
# 30 yanvar 2010 00:22 (UTC +04:00)
Bakı-APA. Haitiəd baş vermiş zəlzələ zamanı BMT-nin 84 əməkdaşının həlak olduğu təsdiqlənib. APA-nın Regnum agentliyinə istinadən verdiyi məlumata görə, bununla yanaşı qurumun İtkin düşmüş əməkdaşlarının sayı azalıb: əgər yanvarın

27-nə olan məlumata görə, onların sayı 32 idisə, yanvarın 29-da artıq 15 nəfərin İtkin düşməsi barədə məlumat yayılıb.

BMT mətbuat xidmətinin məlumatında deyilir ki, İtkin düşənlərin sayının azalmasına səbəb İtkin düşmüş hesab edilən bəzi əməkdaşların tədricən özləri barədə məlumat vermələri ilə əlaqədardır.

Xatırladaq ki, son məlumatlara görə, Haitidə yanvarın 12-də baş vermiş yeraltı təkanlar nəticəsində 150 min insan həlak olub. Müxtəlif qiymətləndirmələrə görə, ümumilikdə zəlzələ qurbanlarının sayı 200 min nəfərə çata bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR