Bank Of Baku

Çin ABŞ-la hərbi əməkdaşlığı dayandırıb

Çin ABŞ-la hərbi əməkdaşlığı dayandırıb
# 30 yanvar 2010 14:05 (UTC +04:00)
Bakı – APA. Çin hökuməti Tayvana silah və hərbi texnika satmağa hazırlaşan ABŞ-la hərbi əməkdaşlığı dayandırıb. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, Çin Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, Tayvanın ABŞ silahları ilə təchizatının zərərləri və neqativ nəticələrini nəzərə alaraq Pekin Vaşinqtonla hərbi əməkdaşlıq çərçivəsində qarşılıqlı səfərlər barədə razılığı dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, yanvarın 26-da ABŞ administrasiyası Tayvana 6,5 milyard dollar dəyərində silah satışını təsdiqləyib. ABŞ-ın Tayvana “Patriot” zenit-raket kompleksləri, “Black Hawk UH-60” vertolyotları və rabitə avadanlıqları göndərmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR