Bank Of Baku

Florida qapılarını haitili yaralıların üzünə bağlayıb

Florida qapılarını haitili yaralıların üzünə bağlayıb
# 30 yanvar 2010 18:44 (UTC +04:00)
Bakı-APA. Florida ştatının haitili yaralıların xəstəxana xərclərini təkbaşına ödəmək istəməməyi səbəbilə təyyarələr bu ölkədən ABŞ-a yaralı gətirə bilmirlər.

APA-nın Cihan xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Florida qubernatoru Çarli Krist mərkəzi hökumətdən xərclərin bir hissəsini öz üzərinə götürməyi tələb edib. Yaranmış problem ucbatından yanvarın 27-dən etibarən haitili yaralıların ABŞ-a gətirilməsi dayandırılıb.

Haitidə ABŞ qoşunlarının nümayəndəsi Kevin Andahl isə bəzi ABŞ ştatlarının hətta ağır yaralıların belə öz ərazisinə gətirilməsini icazə vermədiklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR