Bank Of Baku

ABŞ prezidenti YouTube saytının ziyarətçilərinin suallarına cavab verib

ABŞ prezidenti YouTube saytının ziyarətçilərinin suallarına cavab verib
# 02 fevral 2010 04:36 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti barak Obama ilk dəfə YouTube İnternet saytının ziyarətçilərinin suallarına cavab verib. APA-nın vesti.kz-ya istinadən verdiyi məlumata görə, B.Obamanın real zaman rejimində suallara cavab verəcəyi barədə məlumat yanvarın 27-də yayılıb.

İnternet istifadəçilərinə sual vermək və başqa istifadəçilərin suallarına səs vermək təklif olunurdu. Beş gün ərzində YouTube istifadəçiləri ABŞ prezidentinə Ən müxtəlif mövzularda, o cümlədən iqtisadiyyat, səhiyyə, xarici siyasət, energetika, təhsil və milli təhlükəsizlik məsələlərinə dair 11 mindən çox sual ünvanlayıblar.

İstifadəçilərin özləri tərəfindən ən çox səs qazanan suallar B.Obamaya çatdırılıb. 40 dəqiqəlik onlayn konfrans ərzində Ağ Evin rəhbəri 15 suala cavab verib.

Qeyd edək ki, ABŞ tarixində ilk qara dərili prezident müxtəlif İnternet texnologiyalarından istifadə edir. Belə ki, onun Facebook və MySpace kimi sosial şəbəkələrdə şəxsi səhifələri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR