Bank Of Baku

Haitidə baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 200 min nəfəri ötüb

Haitidə baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 200 min nəfəri ötüb
# 03 fevral 2010 21:52 (UTC +04:00)
Bakı-APA. Haitidə baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 200 min nəfəri ötüb. APA-nın lenta.ru-ya istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Jan-Maks Bellriv fevralın 3-də bildirib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində xəsarət almış 300 min nəfərdən artıq insan hazırda xəstəxana, tibb mərkəzləri və ambulator müəssisələrdə müalicə alır.

4 min nəfərdən artıq insanın ayrı-ayrı ətrafları amputasiya edilib. Zəlzələ nəticəsində 250 min ev dağılıb.

Bir müddət əvvəl verilən məlumata görə, xilasedicilər dağıntılar altından 135 nəfəri salamat çıxara biliblər.

Rəsmi olaraq xilasetmə əməliyyatı yanvarın 23-dək davam edib, lakin əcnəbi xilasedicilər hələ də işlərini davam etdirirlər.

Xatırladaq ki, Haitidə dağıdıcı zəlzələ yanvarın 12-də baş verib. Ən güclü təkan 40 saniyə ərzində davam edib və onun gücü Rixter şkalası üzrə 7 bal olub.

Təbii fəlakət nəticəsində yüz minlərlə insan dağıntılar altında qalıb, 2 milyon nəfər isə ev-eşiyindən məhrum olub. Ölkənin paytaxtı Port-o-Prens şəhəri tamamilə dağılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR